Azərbaycana hər il 17 min Küveyt vətəndaşı səfər edir

Bakı. 15 may. REPORT.AZ/ "Küveyt və Azərbaycan arasında müstəsna əlaqələr və bir çox sahələrdə əməkdaşlıq qurulub".

"Report" xəbər verir ki, bunu Küveyt Milli Assambleyasının əlaqələr üzrə dövlət naziri Adel əl-Xarafi Azərbaycan səfirliyində Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd olunduğu mərasimdə deyib.

Onun sözlərinə görə, Azərbaycana hər il 17 min Küveyt vətəndaşı səfər edir. 

Digər xəbərlər