Bakı. 8 iyul. REPORT.AZ/ Xorvatiyada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun xorvatiyalı həmkarı Vesna Puşiçlə Zaqrebdə görüşü baş tutub. Bu barədə "Report" Xorvatiya Xarici İşlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə xarici işlər nazirləri ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və onların gələcək inkişaf perspektivlərini müzakirə ediblər.