Azərbaycanla Özbəkistan baş prokurorluqları arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutan proqram imzalanıb.
"Report" xəbər verir ki, sənədi Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev imzalayıblar.
Əməkdaşlıq proqramı iki ölkənin prokurorluq orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar bilik və bacarıqların artırılması, eləcə də qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.