Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Yaxın vaxtlarda Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Əlcəzairin Baş naziri Ayman Benabderrahman martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı məlumat verib.

O, Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyib.

A.Benabderrahman qeyd edib ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələr inkişaf edir, eyni zamanda Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.

Digər xəbərlər