Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Prezidentinin bu ilin ilk yarısında Belarusa rəsmi səfər planlaşdırılır.
"Report"un məlumatına görə, bunu jurnalistləriə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.
Səfirin sözlərinə görə, səfərin may-iyun aylarında reallaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, səfər çərçivəsində sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və birjalar arasında əməkdaşlıq sahələrinə aid 10-a yaxın ikitərəfli sənədin imzalanması gözlənilir.