Azərbaycan Vaşinqtonda 31-ci Parlament Təhlükəsizlik Forumunda təmsil olunacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 31-ci Parlament Təhlükəsizlik Forumunda iştirak etmək üçün dekabrın 8-də Vaşinqtona səfər edəcək.

Milli Məclisdən "Report"a bildirilib ki, Forum çərçivəsində qlobal təhlükəsizlik, parlament nəzarəti mexanizmləri və beynəlxalq təhlükə mənbələri ilə mübarizə kimi mövzular müzakirə olunacaq.

S.Seyidovun burada ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər dekabrın 12-də başa çatacaq.

Digər xəbərlər