Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Bakıda keçirilə bilər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən üçtərəfli görüşdə bu təkliflə çıxış edib.
"Fürsətdən istifadə edərək əziz həmkarlarımı Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm", - nazir deyib.