Bakı. 5 fevral. REPORT.AZ/ 2019-2020-ci illər üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) turizm şəhəri mükafatına (OIC City of Tourism Award) dörd şəhər namizəd seçilib.
"Report" İƏT-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar bu gün Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilən İƏT ölkələrinin turizm nazirlərinin 10-cu konfransında qəbul edilib.
Namizəd şəhərlər sırasında Banqladeşin paytaxtı Dəkkə şəhəri, Azərbaycanın Qəbələ şəhəri, Beninin Paraku şəhəri və Nigerin Aqades şəhəri var.