Bakı. 20 dekabr. REPORT.AZ/ İqamətgahı Buenos Ayres şəhərində yerləşən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Uruqvay prezidenti Tabare Vaskesə təqdim edib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Uruqvayın dövlət başçısına çatdırıb.
Prezident T.Vaskes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Prezident T.Vaskes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.