Azərbaycan Prezidenti Perunun dövlət başçısını təbrik edib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskiyə məktub ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram".

Digər xəbərlər