Azərbaycan Prezidenti Dominikanın dövlət başçısını təbrik edib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə və dost xalqınıza ən xoş arzularımı yetirirəm."

Digər xəbərlər