Bakı. 28 oktyabr. REPORT.AZ/ Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aksel Vex Bakıya dekabr ayının əvvəllərində gələcək.
"Report"un diplomatik mənbələrə verdiyi xəbərə əsasən, səfir dekabr ayının 1-də Azərbaycana gəlməyi planlaşdırır və etimadnaməsini dövlət başçısı İlham Əliyevə təqdim etdikdən sonra öz vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Aksel Vex bu vəzifədə səfir Silviya Mayer-Kaybiçi əvəz edəcək.