Bakı. 4 iyul. REPORT.AZ/ İyulun 10-da Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qeyri-rəsmi sammiti keçiriləcək. "Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Helsinki Yekun aktının 40 illik yubileyinə həsr olunub və ATƏT sədri kimi Serbiyanın təşəbbüsü ilə keçiriləcək.
Tədbirdə bütün ATƏT-ə üzv olan 57 ölkə nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Onlar Avropa təhlükəsizliyinin üzləşdiyi problemləri müzakirə etmək üçün yüksək səviyyədə qeyri-rəsmi görüş keçirəcəklər.
Görüşdə, həmçinin dekabr ayında Belqradda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclasına hazırlıq məsələləri də müzakirə ediləcək.