Avropa Parlamentinin deputatı: “Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və bu, belə də davam edəcək”

Bakı. 8 may. REPORT.AZ/ “Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və bu, belə də davam edəcək”.

“Report”un xəbərinə görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında komitə sədri Sayyad Kərim deyib.

O bildirib ki, Cənubi Qafqaz regionunda demokratiya, sabitlik gücləndirilməlidir: “Avropa İttifaqı buna dəstək verəcək. Azərbaycan da daxil olmaqla, bütün Cənubi Qafqaz regionundakı dövlətlər regionun inkişafına töhfə verməlidir”.

Digər xəbərlər