Bakı. 3 sentyabr. REPORT.AZ/ Avropa Parlamenti Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün nümayəndə heyəti göndərməyəcək.
Bu barədə "Report"a Avropa Parlamentinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Azərbaycanda növbəti parlament seçkiləri noyabrın 1-də baş tutacaq.
Bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan tərəfi ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyən beynəlxalq təşkilatlara dəvət göndərib.
2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində ATƏT, AŞPA, Avropa Parlamenti, MDB və digər qurumların missiyaları iştirak edib.