Bakı. 1 sentyabr. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə 380 müşahidəçi göndərəcək. "Report" ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in DTİHB-i seçkilərə öz müşahidəçi missiyasını Azərbaycan tərəfinin rəsmi dəvəti əsasında göndərəcək.
Missiyanın tərkibinə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi daxil olacağı gözlənilir.
Xatırladaq ki, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.