Yeni Kaledoniya müstəmləkəçiliklə mübarizədə Azərbaycanın təcrübəsindən istifadə edə bilərdi.
Bunu "Report"a açıqlamasında Tio (Yeni Kaledoniya) Rəssamlar Assosiasiyasının prezidenti Aleks Loik Oue Tura deyib.
"Həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq bizim üçün çox vacibdir, çünki çoxlarının Yeni Kaledoniyanın varlığından xəbəri belə yoxdur. Ona görə də bu kimi tədbirlər bizim üçün çox vacibdir", - o deyib.
A.Tura vurğulayıb ki, dünyada elə də tanınmayan xalqların hüquq və azadlıqları uğrunda mübarizəsinə dəstək vermək lazımdır: “Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfranslar bizim özümüzü və problemlərimizi ifadə etmək üçün əla platformadır”.