Anar Bağırov Qazaxıstan vəkilliyinin inkişafına görə xüsusi medalla təltif edilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Qazaxıstanda xüsusi medalla təltif edilib.

Bu barədə "Report"a Kollegiyadan məlumat verilib.

Bildirilib ki, VK-nin sədri A.Bağırov Qazaxıstan Milli Vəkillər Kollegiyasının (QMVK) Rəyasət Heyətinin qərarı ilə Qazaxıstan vəkilliyinin inkişafındakı müstəsna xidmətlərinə görə xüsusi medalla təltif olunub.

Eyni zamanda A.Bağırov qazaxıstanlı həmkarı Aidyn Bikebayevə QMVK-nın emblemini əks etdirən xatirə xalçası hədiyyə edib.

Qeyd edək ki, cari ilin 5-7 oktyabr tarixlərində ARVK sədri A.Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti QMVK-nın dəvəti ilə "Qanunun aliliyinə əsaslanan güclü vəkillik peşəsi" adlı VII Qazaxıstan Beynəlxalq Vəkillər Forumunda iştirak edib.

Digər xəbərlər