Almaniyada məhkəmə 8 Azərbaycan vətəndaşının ölkədən çıxarılması ilə bağlı qərarı qüvvədə saxlayıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün Deggendorf şəhər İdarə Məhkəməsində 2016-cı ildə Almaniyaya gələrək sığınacaq istəyən 5 nəfərdən ibarət ailə və daha 3 azərbaycanlının məhkəmə prosesi keçirilib.
Məhkəmə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) 8 Azərbaycan vətəndaşı barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.
Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar könüllü ölkəni tərk etməklə bağlı ilkin qərarın icrası mümkün olmadığından, Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb.
2019-cu ildə Almaniyaya qanunsuz yollarla daxil olan 3 Azərbaycan vətəndaşı eyni zamanda 500 avro cərimə ödəməli olacaq.
Məlumat üçün bildirək ki, bu ilin sonuncu rübünə kimi aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4000-dən çox şəxsin Almaniyadan deportasiya edilməsi gözlənilir.
Almaniyadan daha 8 Azərbaycan vətəndaşı deportasiya ediləcək
Digər xəbərlər
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir
22 oktyabr, 2026 / 08:15
Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
22 oktyabr, 2026 / 06:16
Azərbaycanla Portuqaliya investisiya imkanlarını müzakirə edib
21 oktyabr, 2026 / 23:55
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
21 oktyabr, 2026 / 23:31
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
21 oktyabr, 2026 / 23:09
Aİ rəsmiləri Qarabağ İtkin Ailələri İctimai Birliyinin üzvləri ilə görüşüblər
21 oktyabr, 2026 / 22:54
Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır - Rəy
21 oktyabr, 2026 / 20:36
Tomas Şteli: Ciddi sınaqlarla üzləşdiyimiz dövrdə BMT-nin fəaliyyəti əhəmiyyətini qoruyur
21 oktyabr, 2026 / 20:11
Şlapaçenko: BMT-nin dəyərli tərəfdaşı olan Azərbaycan həmişə çoxtərəfliliyi dəstəkləyir
21 oktyabr, 2026 / 19:48
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
21 oktyabr, 2026 / 19:45
Yalçın Rəfiyev: Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur
21 oktyabr, 2026 / 19:39
Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub
21 oktyabr, 2026 / 17:54
Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib
21 oktyabr, 2026 / 14:31
Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib
21 oktyabr, 2026 / 13:48
Azərbaycan Türkiyənin 31 vətəndaşını arzuolunmaz şəxs elan edib - Siyahı
21 oktyabr, 2026 / 13:16
Qazaxıstanın 10 vətəndaşı Azərbaycanda ali təhsil alacaq
21 oktyabr, 2026 / 10:57