Alen Simonyan: “İrəvan və Bakı kommunikasiyaların açılması ilə bağlı anlaşma əldə ediblər”

“Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması məsələsində qarşılıqlı anlaşma əldə edilib, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı ümumi məsələlərdə qarşılıqlı anlaşma və mövcud problemlər texniki xarakter daşıyır: “Biz bütün yolların açılmasının tərəfdarıyıq”.

Digər xəbərlər