Aleksey Overçuk: "Regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsində mühüm irəliləyiş əldə olunub"

“Rusiya, Azərbaycan və Ermənistan arasında regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair danışıqlar davam edir. Bu məsələdə mühüm irəliləyiş əldə olunub”.

“Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında münasibətlərin gərginləşməsi prosesə mənfi təsir göstərir.

A.Overçuk qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin yeni iclası münbit şərait yarananda baş tutacaq.

Digər xəbərlər