Türk xalqlarını ortaq tarix və dil birləşdirir.
"Report" xəbər verir ki, bunu iyunun 19-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri Məhkəmə Şuraları Sədrlərinin üçüncü iclasında çıxışı zamanı Qırğız Respublikası Hakimlər Şurasının sədri Aida Seidakmatova deyib.
O, TDT-yə üzv ölkələrin ənənələrinin oxşar olduğunu da vurğulayıb:
"Burada imzalayacağımız bəyannamə vətəndaşlarımızın hüquqlarının qorunmasına yönəlməlidir. Biz bu gün tarixi bir sənəd imzalayacağıq. Bu, dərin köklərə malik sənəd olacaq".