Tina Törnerin oğlu intihar edib

Bakı. 4 iyul. REPORT.AZ/ Amerikalı müğənni Tina Törnerin 59 yaşlı böyük oğlu Kreyq Reymond Törner intihar edib.

"Report" TMZ portalına istinadən xəbər verir ki, onun meyiti Kaliforniya ştatının Studio-Siti şəhərindəki evində tapılıb.

Törner Kreyqi musiqiçi Reymond Hill ilə münasibətlərinin 18-ci ilində dünyaya gətirib. Sonradan o, uşağı oğulluğa götürən musiqiçi Ayk Törnerə ərə gedib.

Digər xəbərlər

Meyxanaçı Ağakərim vəfat edib 19 dekabr, 2025 / 16:28