Snup Doqqun konsertində onlarla insan yaralanıb

Bakı. 6 avqust. REPORT.AZ/ Amerikalı reper Snup Doqqun konsertində arakəsmənin aşması nəticəsində onlarla insan yaralanıb. 

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Qeyd olunur ki, hadisə Nyu-Cersidə keçirilən konsert zamanı baş verib.

İlkin məlumata görə, ən azı 42 nəfər xəsarət alıb.

Digər xəbərlər