Sami Yusuf və Demet Akalın Heydər Əliyev Sarayında konsert verəcək

Bakı. 13 fevral.REPORT.AZ/ Heydər Əliyev Sarayı növbəti konsert proqramını tamaşaçılara təqdim edəcək.

"Report" xəbər verir ki, 14-15 mart tarixlərində Sarayın səhnəsində Sami Yusuf "Sarı gəlin" adlı konsert proqramı ilə çıxış edəcək.

Konsertin biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti 20-250 manat arasında dəyişir.

Mayın 1-də Türkiyənin pop ifaçısı Demet Akalın Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Demet Akalının konsertinin biletləri yaxın günlərdə satışa çıxarılıcaq.

Digər xəbərlər

Meyxanaçı Ağakərim vəfat edib 19 dekabr, 2025 / 16:28