Maykl Ceksonun atası xəstəxanaya yerləşdirilib

Bakı. 27 iyul. REPORT.AZ/ Məşhur pop ulduzu Maykl Ceksonun atası Co Cekson insult keçirib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Braziliya mətbuatı yayıb.

Braziliyanın San-Paulo şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən 87 yaşlı Co Ceksonun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Maykl Ceksonun atası Co Cekson Braziliyada yaşayır və iyunun 26-da onun 87 yaşı tamam olub.

Digər xəbərlər