"Eurovision-2018" müsabiqəsinin keçirilmə yeri və vaxtı məlum olub

Bakı. 26 iyul. REPORT.AZ/ Növbəti "Eurovision-2018" müsabiqəsinin keçirilmə yeri və vaxtı məlum olub.

"Report" xəbər verir ki, 63-cü "Eurovision" müsabiqəsi mayın 8, 10 və 12-də Lissabonda 20 min nəfər tutumu olan "MEO Arena"da keçiriləcək.

Xatırladaq ki, Kiyevdə baş tutan əvvəlki müsabiqənin qalibi "Amor pelos dois" mahnısı ilə portuqaliyalı müğənni Salvado Sobral olub. 

Digər xəbərlər