Əlcəzairin eyniadlı paytaxtında keçirilən rep konserti zamanı 5 nəfər ölüb, daha 20-si xəsarət alıb.
“Report” xəbər verir ki, faciə "Soolking" ləqəbli ifaçının konsertində olub. Çıxış stadionda baş tutub.
Yerli KİV-in məlumatına görə, basırıq stadionun girişlərindən birində qeydə alınıb. İki kişi və 3 qadın fanatın öldüyü bildirilir.
Daha 21 musiqi həvəskarı müxtəlif travmalar alıb, lakin onların həyatı təhlükə altında deyil.
Faciəyə baxmayaraq, repçi çıxışını davam etdirib.