Bakı. 13 iyul. REPORT.AZ/ "Bu şəhərdə" kollektivinin növbəti konsertinin tarixi açıqlanıb.
Heydər Əliyev adına Saraydan "Report"a verilən məlumata görə, "Bu şəhərdə"nin payız konserti oktyabrın 8-dən 12-dək keçiriləcək.
Beş gün davam edəcək konsert Heydər Əliyev Sarayında olacaq.
"Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov, əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov bu payız tamaşaçılara maraqlı konsert-tamaşa təqdim edəcəklər.