ABŞ-da atışma olub, 10 nəfər yaralanıb

ABŞ-ın Mayami Qardens şəhərində (Florida ştatı) “The Licking” restoranının yaxınlığında atışma olub, 10 nəfər yaralanıb.

"Report" ABŞ KİV-ə istinadən xəbər verir ki, insident rep ifaçısı Frenç Montananın klip çəkilişi zamanı baş verib.

Atışma faktını şəhərin polis idarəsi təsdiqləyib. Amma istintaq başa çatmadığına görə insidentin təfərrüatları açıqlanmayıb.

Digər xəbərlər