"28 Cinema"da məşhur britaniyalı aktrisanın iştirakı ilə kriminal trillerin nümayişinə başlanıb - VİDEO

Bakı. 27 noyabr. REPORT.AZ/ "28 Cinema"da "Qatil" filminin nümayişinə başlanıb. "Report" xəbər verir ki, ABŞ istehsalı olan filmin rejissoru kanadalı Deni Vilnevadır. 

Film ağır cinayətləri əks etdirən səhnələrilə diqqət çəkir. Bu, tamaşaçını kinonun növbəti 2 saatının hansı atmosferdə davam edəcəyinə hazırlayır. Ekran əsərində məşhur aktyorlar - Emili Blant, Benissio Del Toro, Coş Brolin yer alıb. 

Filmin mətni belədir: Amerika-Meksika sərhədində qadın-polis iki reynceri müşayiət edir, hansılar ki, onlar narkobaronları güdürlər. Lakin o, sərhədin o tayında gizli bir yerin olduğundan şübhələnmir. Həmin yerdə heç bir qanun işləmir və orada ancaq zorakılıq, əxlaqsızlıq hökm sürür.

Qeyd edək ki, biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. 

Digər xəbərlər