Xaçmaz rayonunun Tel kəndində həyətyanı sahələrə baxış keçirilib, qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb.
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, daha sonra kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb və zərərverici ilə mübarizə üsulları barədə çap materialları paylanılıb.