TƏBİB-in icraçı direktoru Anar Bayramov iyunun 29-da Şuşa şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbul Şuşa Müalicə-Sağlamlıq Mərkəzində keçiriləcək.
Vətəndaşlar qəbula yazılmaq üçün info@tabib.gov.az elektron poçt ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.