“Koronavirusla əlaqəli başlanğıc əlamətlər əksər vaxt eyni olur. Əsas odur ki, ilk günlərdə əlamətlər aşkar olunsun”.
“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, xəstəliyin ilkin əlamətləri oxşardır: “Xəstənin taleyi vaxtında verilmiş qərardan ciddi asılıdır. İlkin əlamətlə qərar vermək olmaz. Əks halda xəstə gecikmə ilə ağır fəsadlaşma ilə üzləşə bilər”.