"Qoruyucu maskalardan düzgün istifadə edilməlidir. Ancaq bizdə küçədə tək gəzən şəxs də maska taxır. Halbuki buna ehtiyac yoxdur".
"Report" xəbər verir ki, bunları Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, maskalardan kütləvi yerlərdə olarkən istifadə edilsə, məqsədəuyğun olar: "Maskalar aptek şəbəkələri tərəfindən ölkəyə gətirilir. Onların satışı da mütəmadi şəkildə davam etdirilir".
O qeyd edib ki, bu gün ölkədə kifayət qədər test dəstləri var: "Azərbaycana testlər ilk olaraq Türkiyədən gətirilmişdi. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı gətirildi. Hazırda ölkədə xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var".