Mavi rəngə bürünən Bakı

"Socar Tower", "Alov qüllələri", Qız qalası, "Hilton oteli, "Bakı Kristal Zalı" kimi obyektlər və memarlıq abidələri Ümumdünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar keçirilən "Mavi işıqla işıqlandır" layihəsi çərçivəsində mavi rənglə işıqlandırılıb.

"Report" xəbər verir ki, aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib.

Qeyd edək ki, hər il 2 aprel Dünya Autizm Maarifləndirmə Günü, aprel ayı isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edilir. Həmin tədbirlər çərçivəsində hər il 2 aprel tarixində dünya miqyasında mötəbər binaların mavi rəngdə işıqlandırılması aksiyası keçirilir.

Digər xəbərlər