İnfeksionist əhalini yay mövsümündə qidalanma məsələsində diqqətli olmağa çağırıb

"Yay mövsümündə qida və su ilə əlaqəli baş verən mədə-bağırsaq infeksiyaları daha geniş yayılır. Dəniz mövsümü də açıldığından buna diqqət etmək lazımdır".

“Report” xəbər verir ki, bu fikirləri həkim-infeksionist Əminə İsmixanova deyib.

Onun sözlərinə görə, infeksion xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfində yer alıb: “Xəstələrdə ağırlaşmaların sayı azalıb. Mikrobiologiyanın inkişafı uzunmüddətli qızdırma zamanı qanın əkilməsi nəticəsində düzgün müalicə aparılır. Düzgün aparılmayan müalicə ilə lazımsız antibiotik istifadəsi ciddi fəsadlara səbəb olurdu”.

Digər xəbərlər