İdxal və ixrac prosesləri "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sistemi (AQTİS) vasitəsilə tam rəqəmsallaşdırılıb.
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan 70-dən çox ölkəyə məhsul ixrac edir: "Bitkiçilik məhsullarının ixracı 490 min tona çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% (49 703 ton) artıb. ABŞ, Avropa İttifaqı və Rusiya daxil olmaqla 20-dən çox növ heyvan mənşəli məhsul ixrac olunur.
Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokol imzalanıb. 39 müəssisəmizin 65 məhsulu Çinin CIFER elektron reyestrində qeydiyyatdan keçib".