Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin büdcəsinin formalaşdırılması qaydası müəyyənləşib.
"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfathesablı daxilolmalardan əlavə, büdcə vəsaiti hesabına illik saxlanılması xərcləri mərkəzləşmiş qaydada dərman, sarğı ləvazimatları və materiallarının, həmçinin avadanlığın alınması üzrə daxilolmaların 0,25 faizi həddində, lakin 400 min manatdan çox olmaması müəyyən edilib.
Bu qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq imzalanıb.