Artıq spinomuskular atrofiya (SMA) xəstəliyi ilə bağlı kifayət qədər araşdırma və hesablamalar aparmışıq.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, çox böyük vəsait tələb edən genetik xəstəlikdir: "Misal olaraq, bir dərman həddindən artıq bahalıdır. İnanıram ki, bu istiqamətdə də bir həll yolu tapacağıq".