Zelenski Donbasa gedib: “Bu gün cəbhə xəttində əsgərlərimizləyəm"

“Mən Ukrayna Silahlı Qüvvələr Gününü cəbhə xəttində əsgərlərimizlə qarşılayıram".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Donbas vilayətinin işğaldan azad olunmuş ərazisinə səfəri çərçivəsində paylaşdığı videogörüntüdə söyləyib.

Dövlət başçısı Silahlı Qüvvələr Gününü Donbasda qeyd etdiyini bildirib: "Biz bu gün Donbasdayıq. Döyüşlərin arealı genişlənib”.

O, Ukraynanın bütün müdafiəçilərinə təşəkkür edib.

Digər xəbərlər