Ukraynanın yeni prezidenti ilk xarici səfərini Belçikaya edəcək

Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilk xarici səfərini iyunun 4-5-də Belçikanın paytaxtı Brüsselə edəcək.

“Report” xəbər verir ki, məlumatı Ukrayna dövlət başçısının Mətbuat xidməti yayıb.

Bildirilib ki, onun Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü planlaşdırılıb.  

Digər xəbərlər