Ukrayna Prezidenti Baxmut istiqamətində hərbçilərin döyüş briqadalarına baş çəkib

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut istiqamətində hücum əməliyyatları aparan hərbçilərin döyüş briqadalarına baş çəkib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” prezident administrasiyasının bəyanatına istinadən məlumat yayıb.

V.Zelenski 93-cü “Soyuq Yar” daxil olmaqla, bir sıra briqadaların yerləşdiyi ərazilərdə olub.

O, Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, “Xortitsa” qoşunlarının əməliyyat-strateji qrupunun komandiri Aleksandr Sırski ilə görüşüb.

Digər xəbərlər