Rusiya XİN Əfqanıstanda sülhə nail olmağın şərtlərini açıqlayıb

“Əfqanıstanda sülhə nail olmaq üçün bütün etnosiyasi qüvvələrin maraqları təmin olunmalıdır”.

“Report” xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında söyləyib.

“Əfqanıstanda bütün etnosiyasi qüvvələrin maraqlarının təmin olunmasından çıxış edirik, yalnız bu yolla sülhə nail olmaq olar. Hadisələrin inkişafını izləyəcəyik”, - o qeyd edib.

M.Zaxarova dünya ölkələrini Əfqanıstana humanitar yardım göstərməyə çağırıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49