Yunanıstan XİN: Cənubi Qafqaz regionunda istifadə olunmamış böyük potensial var

Cənubi Qafqaz regionu istifadə olunmamış böyük potensiala malikdir və Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması bu məsələdə kömək edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yunanıstan Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqtisadi əlaqələr üzrə baş katibi Dimitris Skalkos bildirib.

O vurğulayıb ki, Afina iki ölkə arasında sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır:

"Biz prosesdən çox məmnunuq və əlbəttə ki, onun həyata keçirilməsini görmək istəyirik. Sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirik".

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49