Yerevanda Rusiya və Ermənistan Silahlı Qüvvələrinin vahid qrupunun yaradılması haqqında sazişin imzalanması müzakirə ediləcək

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin baş əməliyyat-taktiki idarəsinin nümayəndə heyəti Ermənistana gəlib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər zamanı Rusiya və Ermənistan Silahlı Qüvvələrinin vahid qrupunun yaradılması haqqında saziş üzrə danışıqlar, yekun müzakirələr və imzalanmaya hazırlıq aparılacaq.

Rusiyalı hərbçilər iyulun 22-dək Ermənistanda olacaq.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40