Yaxın vaxtlarda Moskvada Rusiya, Türkiyə, İran və Suriya XİN başçıları müavinlərinin görüşü olacaq

Yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

O bildirib ki, Moskva bu görüşə hazırdır: “Düşünürəm ki, bu, tezliklə olacaq”.

Qeyd edək ki, nazir müavinlərinin martın 15-16-da Moskvada görüşməsi nəzərdə tutulmuşdu. Amma sonradan bu görüş təxirə salındı.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49