Vladimir Putin Rusiya və KTMT ölkələrində "rəngli inqilablar"a imkan verməyəcəyinə dair söz verib

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiya hökuməti həm ölkə daxilində, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrdə "rəngli inqilablar"ın olmasının qarşısını almağa çalışacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "MİR" teleradio şirkətinə müsahibəsində bildirib.

"Dünyanın müxtəlif regionlarında həyata keçirilən və həmin regionlara ciddi qeyri-sabitlik gətirən müxtəlif nəzəriyyələri bilirik. Təbii ki, belə şeyin yaşanmasına imkan verə bilmərik. KTMT-dəki tərəfdaşlarımıza da bu baxımdan dəstək verməyə hazırıq", - V.Putin vurğulayıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40