Vladimir Putin Dumanın sədri vəzifəsinə PA-nın rəhbər müavininin namizədliyini təklif edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin VII çağırış Dövlət Dumasının deputatlarına parlamentin aşağı palatasının sədri vəzifəsinə Prezident Administrasiyasının rəhbər müavini Vyaçeslav Volodinin namizədliyini təklif edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Əlbəttə, bu, sırf olaraq deputatların işidir. Amma Dmitri Anatolyeviç (Medvedev - Rusiyanın baş naziri) ilə birlikdə hər halda deputatlardan Vyaçeslav Volodinin namizədliyinin dəstəklənməsini xahiş edəcəyik", - deyə V.Putin fraksiya liderlərinə müraciətində bildirib.

Qeyd edək ki, bundan əvvəl Dumanın sədri olan Sergey Narışkin dünən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49