Ukraynada naməlum şəxs biznes mərkəzini partladacağını bildirir

Ukraynanın paytaxtı Kiyevdəki “Leonardo” biznes mərkəzində naməlum şəxs özünü partladacağı ilə hədələyib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenko “Facebook” səhifəsində yazıb.

Məlumata görə, yaşı 35 civarında olduğu deyilən kişi hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırmağı xahiş edib. Biznes mərkəzinin işçiləri artıq məkanı tərk ediblər.

A.Geraşenkonun sözlərinə görə, hazırda terrorçu ilə danışıqlar aparılır.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49